Qoyun quyruğunun yağı dükanlarda satılan ən bahalı kərə yağından da qiymətlidir!

Oxunma sayı: 37
Redaksiyamıza daxil olmuş şikayətlə bağlı ötən  gün bir neçə iri dükanlar şəbəkəsində yağların qiymətinə baxırıq. Kilosu 6 manatdan başlayaraq 30 manatadək olan yağlar var. Bu yağların 4 kilosunu əridəndə bir balonluq ərinmiş yağ çıxır. Beləliklə, bir balon ərinmiş yağ təxminən neçəyə başa gəlir, özünüz hesablayın.
 Amma Tanrının müsəlman əhlinə buyurduğu qoyun əti və quyruğu əsl o dediyimiz halal nemətdir! Qədimlərdən belə qoyun quyruğunu əridib yeməklərdə istifadə ediblər. Və indiyədək bu yağdan kiminsə xolestrinin artdığını, damarının tutulduğunu eşitməmişəm. Sadəcə, kərə yağından bi- iki temperatur yüksəklikdə əriyir. İnsan orqanizminin ortalama temperaturu 36,5 dərəcədir ki, bu yağ yeməkdə də orqanizmə daxil olanda əriyir, həzmə gedirş fəsadı da olmur.
“Təzadlar” xatırladır ki, quyruq yağında azacıq iy də ola bilir, o da heyvanın yemindən asılı olur. Bunu da yox etmək üçün qoyun quyruğunu əridəndən sonra içərisinə çəkisindən asılı olaraq, qatıq əlavə edib qaynadırsız, bir neçə dəqiqədən sonra qatıq şora çevrilib aşağı çökür, bununla da o qoxu aradan qalxır, təmiz kərə yağı rəngini alır.
Bu yağdan istifadə etməklə həm bahalı və tərkibi bilinməyən kərə yağına qənaət etmiş olursunuz, həm də bütün növ yeməkləri, o cümlədən dolma, kartof, kotlet, ət qizartması, xəngəl və s. bişirə bilərsiz.
Quyruğu əridəndən sonra cızdağı qalır ki, onu da kartof qızartmasına qatanda çox ləzzətli olur.
Beləliklə, quyruq yağı həm qiymət baxımından sərfəlidir, həm də təbiidir- orqanikdir!
A.Məmmədli
Xəbəri paylaş

26 Aprel