Qubaya çəkilişə gedənlərin maşını dərəyə aşdı-ÖLƏN VAR

Quba rayonunun Qalayxudat kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə tezadlar.az-ın sualına cavab olaraq TƏBİB-dən məlumat verilib. Müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə daxil olan 1977-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə zamanı 1 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə Quba-Alpan-Susay-Xınalıq yolunda baş verib.

 

Xəbəri paylaş

Xəbər lenti

  • Bu gün heç bir post paylaşılmayıb.