15 Dekabr 2025 / 06:30

Qusardakı avtomobil qəzasında ölənlər Şair Ramaldanovun qardaşının ailə üzvləri imiş

Ötən gün axşam saatlarında Qusarın Yuxarı Ləgər kəndində baş vermiş ağır yol- nəqliyyat hadisəsinin təfərrüatları məlum olub. Tezadlar.az xatırladır ki, qəza zamanı dünyasını dəyişən şəxslər Şair Ramaldanovun ailə üzvləri olub. Bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, qəza nəticəsində dünyasını dəyişənlər Ramaldanov qardaşlarından biri olan polkovnik Elman Ramaldanovun ailə üzvləri olub. Onlardan biri ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla Ramaldanova və ailənin yaxın üzvlərindən biri olan 43 yaşlı Cəmilə Bağırovadır. Ailə üzvlərindən daha 4 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!