Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda Rusiya lideri Vladimir Putinlə danışıqlarda taxıl dəhlizinin bərpası, Ukrayna münaqişəsində əsirlərin mübadiləsi və Qara dənizin minalardan təmizlənməsi məsələlərini müzakirə edib.
Tezadlar.az bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
“Qara dəniz taxıl dəhlizinin bərpası və minalardan təmizlənməsi məsələlərindən əlavə, cənab Putin və onun nümayəndə heyəti ilə görüşümüz zamanı biz də gördük ki, əsirlərin mübadiləsi ilə bağlı gözləntilər var. Odur ki, məhbusların azadlığını qoruyur və mövcud problemlərin diplomatik yollarla həlli üçün mümkün olan hər şeyi etməyə davam edəcəkdir”, – Ərdoğan BRİKS sammitində iştirak etdiyi Kazandan qayıdarkən jurnalistlərə bildirib.
“Biz iki ölkə arasında sülh danışıqlarının mümkün qədər tez başlamasını istəyirik və əlverişli nəticəyə yol açmaq istəyirik. Bu məqsədə çatmaq üçün yorulmadan çalışmaqda davam edəcəyik”, – prezident əlavə edib.
E.ŞİRİNOV