Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ağdam Dövlət Dram Teatrında yeni səhnə işi üzərində hazırlıqlara start verilib.
Tezadlar.az xəbər verir ki, teatrın səhnəsində yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Əli Əmirlinin “Səhnədə məhəbbət” əsəri əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunacaq.
Teatrın repertuar və dramaturgiya üzrə mütəxəssisi Habil İsmayılovun verdiyi məlumata görə, eksperimental musiqili-komediya janrında səhnələşdirilən tamaşa səhnə ilə real həyat arasındakı sərhədləri, sənət adamlarının daxili dünyasını və yaradıcılıq prosesində yaşanan ziddiyyətləri əks etdirir.Əsərdə hadisələr teatr mühitində cərəyan edir. Tamaşanın hazırlanması prosesi fonunda aktyorların səhnədə canlandırdıqları rollarla şəxsi həyatlarında yaşadıqları hisslər arasında paralellər və toqquşmalar üzə çıxır. Bu isə səhnə əsərinə həm dramatik, həm də ironik çalarlar bəxş edir.
Tamaşanın quruluşçu rejissoru Racu Şıxlıdır. Səhnə əsərinin quruluşçu rəssamı Qönçə Həzizadə, işıq rəssamı Anar Şükürov, bəstəkarı Azər Şükürov, səs rejissoru Elşən Cəfərov, rejissor assistenti isə Xaliq Abdullazadədir. Rolları Afəridə Sabirqızı, Anar Əhməd, Qalib Abdullazadə, Xəyalə Xudadatova, Fərhad Fərhadzadə və Teymur Kərimov ifa edirlər.
