Əsas məzmuna keç

Rəqsanə İsmayılova barəsində verilmiş həbs qəti imkan tədbiri dəyişdirildi

Tanınmış müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması ilə bağlı xəbər yayılıb.

Tezadlar.az  xəbər verir ki,  bu barədə müğənninin vəkili Hikmət Əliyev  məlumat yayıb.

Belə ki, bu dəqiqələrdə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbiri  ev dustaqlığı ilə əvəz edilib.

Qeyd edək ki, Rəqsanə İsmayılova  Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bu növ cinayətdə ən əsası zərərçəkmişə dəymiş ziyanın ödənilməsi yüngülləşdirici hal hesab edilir. Əks halda şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…