Əsas məzmuna keç

Romelu Lukaku tarix yazdı

Romelu Lukaku cu qolu ilə milli komanda tarixində besinci ən cox qol vuran oyuncu oldu

Belçika yığmasının hücumçusu Romelu Lukaku futbol üzrə dünya çempionatları tarixində unikal bir rekorda imza atıb.

Tezadlar.az xəbər verir ki, o bu nailiyyəti DÇ-2026-nın 1/8 final mərhələsi çərçivəsində ABŞ-yə qarşı keçirilən görüşdə (4:1) rəsmiləşdirib.

33 yaşlı forvard 67-ci dəqiqədə meydana daxil olaraq, 90+3-cü dəqiqədə qarşılaşmada son nöqtəni qoyub. Nəticədə, Lukaku dünya birincilikləri tarixində əvəzetmədən oyuna qoşularaq dörd matçda qol vurmağı bacaran ilk futbolçu kimi tarixə düşüb.

Davam edən turnir ərzində Lukaku hər üç qolunu meydana sonradan çıxdığı anlarda rəqib qapılarından keçirib. O, ilk dəfə bu cür fərqlənməyi DÇ-2014-ün 1/8 finalında yenə də ABŞ yığması ilə qarşılaşmada (əlavə vaxtda 2:1) bacarmışdı.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…