19 Aprel 2022 / 09:20

RUSİYANIN MÜHARİBƏDƏ İTKİLƏRİ: 169 QIRICI VƏ 150 ​HELİKOPTER

Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüz başlayandan bəri Rusiya ordusu 20 800 əsgər, 169 təyyarə və 150 ​​helikopter itirib…

Tezadlar.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə Ukrayna MN-nin Baş Qərargahı məlumat yayıb. Belə ki, 2022-ci ilin 24 fevralından 19 aprelinədək Rusiyanın ümumi döyüş itkiləri təxminən bu qədərdir:
-Canlı qüvvə- təxminən 20.800 nəfər,
tanklar – 802 ədəd,
zirehli döyüş maşınları – 2063 ədəd,
artilleriya sistemləri – 386 ədəd,
MLRS – 132 ədəd,
hava hücumundan müdafiə sistemləri – 67 ədəd,
təyyarə – 169 ədəd,
helikopterlər – 150 ədəd,
avtomobil avadanlığı – 1495 ədəd,
gəmilər/ qayıqlar – 8 ədəd,
yanacaq və sürtkü yağları olan çənlər – 76,
Əməliyyat-taktiki səviyyəli PUA – 158,
xüsusi avadanlıq – 27,
işə salma qurğuları OTRK / TRK – 4.
Məlumatlar daim yenilənir…

*** 

Müharibənin gətirdiyi dağıntılar, 5 milyondan çox qaçqın və məcburi köçkün… Bunlar lazım idimi???

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!