Əsas məzmuna keç

RUSİYAYÖNLÜ PARTİYA ÜZVLƏRİ HƏRƏKƏTƏ KEÇDİLƏRİ – Aİ-YƏ “GET-GET” DEDİLƏR…

Rusyönlü, zorakı, homofob partiya kimi tanınan “Mühafizəkarlar Hərəkatı”nın tərəfdaşları Tbilisidə aksiya keçiriblər.

TEZADLAR.AZ xəbər verir ki, onlar həbs olunan partiya üzvlərinin azad olunmasını tələb ediblər. “Mühafizəkarlar Hərəkatı”ının üzvləri və tərəfdarları, o cümlədən bəzi din xadimləri Rustaveli prospektində Parlamentin qarşısına toplaşaraq yolu bağlayıblar. Bundan sonra onlar aksiyalarını davam etdirmək üçün “Gürcü Arzusu”nun mərkəzi ofisi qarşısına yürüş ediblər və bir müddət durduqdan sonra Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi qarşısına hərəkət ediblər. Onlar Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi qarşısında “Get-get” şüarları səsləndiriblər, ardından isə Avropa ittifaqının bayrağını yandırıblar.

24news.ge

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…