Əsas məzmuna keç

Rusiya: ABŞ-a dizel yanacağı daşınması 2-3 həftə ərzində başlaya bilər

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Rusiya neft şirkətlərinin ABŞ-a dizel yanacağı daşımağa hazır olduğunu bildirib və əlavə edib ki, ilk çatdırılmalar müqavilələr imzalandıqdan 2-3 həftə sonra baş tuta bilər.

Tezadlar.az xəbər verir ki, Novak bu sözləri Moskvada keçirilən Rusiya Enerji Həftəsi zamanı jurnalistlərə bildirib.

Rusiyadan ABŞ-a dizel yanacağı daşınması ilə bağlı şərh verən Novak deyib: “Daşınmanın baş tutması üçün müqavilə imzalanmalı, yanacaq doldurulmalı, gəmi çarterləşdirilməli və istehlakçıya çatdırılmalıdır. Bütün bunlar 2-3 həftə çəkir. Buna görə də müqavilələr daha tez imzalanmalıdır”.

Rusiya neft şirkətlərinin daşınmaya hazır olduğunu vurğulayan Novak bildirib: “Şirkətlərimiz istənilən vaxt daşınmaya başlamağa hazırdır. Hazırda kommersiya şərtləri ilə bağlı danışıqlar aparılır”.

ABŞ-dan başqa digər ölkələrin də Rusiya dizel yanacağına maraq göstərdiyini qeyd edən Novak deyib: “Rusiya dizel yanacağına dünyada tələbat var. Əlbəttə ki, digər istehlakçılar da maraqlanır”.

Novak ABŞ-a satılacaq dizel yanacağının qiymətinin bazar şərtlərinə uyğun olaraq, yoxsa endirimli qiymətlə müəyyən ediləcəyi ilə bağlı suala cavab olaraq, “Bu, ticarət danışıqlarının məsələsidir” deyib.

ABŞ-nin Rusiya dizel yanacağının idxalına dair lisenziyasının 2027-ci ilin aprelindən sonra uzadılması ilə bağlı Novak hələ heç bir müzakirə aparılmadığını bildirərək əlavə edib: “Uzatma barədə danışmaq üçün hələ tezdir. Görəcəyik vəziyyət necə inkişaf edəcək”.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…