5 Avqust 2026 / 08:15

Rusiya dronu Xersonda mülki şəxsi öldürmək istədi, amma…

…O, möcüzəvi şəkildə sağ qaldı… Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, ötən gün bütün dünya Xersonda baş vermiş bir dəhşətli, insanlığa sığmayan görüntüləri gördü. Belə ki, rus pilotsuz təyyarəsi sıravi mülki insanı amansızcasına qətlə yetirmək istəyir. Bu dəhşətli videonun qəhrəmanı Pan Yuridir- zəhmətlə ailəsinə çörək qazanmaq üçün işə gedən tərəvəz satıcısı.
Səhər saat 6:30 radələrində o, həmişəki kimi ərzaq bazarının yanında mal satırdı. O anda görün nə baş verdi: qəfildən kolların arasından silahsız adamı təqib etməyə başlayan rus dronu peyda oldu… Yurinin həyat yoldaşı qaçmağı bacarır. O, özü də dron operatorunun açıq-aşkar olanları başa düşəcəyinə ümid edərək tərəvəzlərə, maşına, malına əli ilə işarə edib, elə bil yalvarır: “Mən əsgər deyiləm. Mən adi satıcıyam…”. Amma yanılır… O, gözardı edilə bilməyəcək sadə həqiqəti çatdırmağa dəfələrlə çalışır. Amma dron operatorunun arxasında kimlərin olduğunu bilmirdi. Əslində, bilirdi…  Pan Yuriy qaçmağa tələsir, ümidsizcəsinə öz həyatını xilas etməyə çalışır. Videoda açıq şəkildə görünür ki, orada hərbi texnika yox, silah yox, hərbi obyektdən əsər-əlamət yoxdur. Sadəcə tərəvəzlərlə dolu bir maşın və sadəcə işləmək istəyən bir adam var. Buna baxmayaraq, rus dronu onu yaxalayaraq zərbələr endirir…
 Pan Yuriy təcili xəstəxanaya çatdırılıb. Ağır xəsarətlər alıb, amma xoşbəxtlikdən sağ qalıb. İşğalçılar onun səhhəti ilə yanaşı, ailənin yeganə yaşayış vasitəsi olan avtomobilini də məhv ediblər.
Bu video cəbhə şəhərindən başqa bir çəkiliş deyil. Rusiya ordusunun qəsdən dinc Ukraynalıları hədəfə almasının daha bir təkzibolunmaz sübutudur. Mülki olduğunu əl jestləri ilə belə göstərən tərəvəz satıcısı hədəfə çevriləndə artıq bəhanələr qalmır.
Belə əmr verən, bu dronları işə salan və ya hücum düyməsini basan hər kəs cinayətlərinə görə cavab verməlidir. Putin, Kreml rəhbərliyi və bu cür qanlı terroru həyata keçirən hər kəs Ukrayna xalqına qarşı gündəlik cinayətlərinə görə məhkəməyə çıxmalı və qaçılmaz cəza almalıdırlar.
Təqdim etdi: A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!