Ötən gecə Rusiya ordusu Kiyev şəhəri də daxil olmaqla vilayətin bir sıra bölgələrinə raketlərlə kütləvi zərbə endirib. Kiyev Şəhər Hərbi Administrasiyası Rusiya ordusunun hücumları nəticəsində dörd nəfərin öldüyünü və yaralıların sayının 13-ə çatdığını açıqlayıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Kiyev meri Vitali Kliçko isə yaralılardan ikisinin 13 və 17 yaşlı iki oğlan olduğunu deyib.
xilasetmələr dağıntılar yerində axtarış tədbirləri həyata keçirir.







