Əsas məzmuna keç

Rusiya qazı ilə bağlı problem yaranarsa, Ermənistan Azərbaycandan da qaz almağı düşünür…

Rusiya qazının tədarükündə problem yaranacağı və ya qiymətin artacağı təqdirdə, Ermənistan alternativ qaz mənbələri axtara bilər.

 Tezadlar.az  xəbər verir ki, bu barədə “Armenia Today” Ermənistanın İctimai Xidmətləri Tənzimləmə Komissiyasının sədri Mesrop Mesropyana istinadən məlumat yayıb.

“Belə bir vəziyyət yaranarsa, təbii olaraq digər bazarlar və resurslar axtarılacaq. Alternativlər qonşu ölkələrdə — Azərbaycan, Türkmənistan, İran və qaz satan, eləcə də infrastrukturu onun tədarükünə imkan verən bütün dövlətlərdə mövcuddur”, — komissiya rəhbəri brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistan hələlik Rusiya qazının qiymətinin artırılması ilə bağlı rəsmi bildiriş almayıb.

 

apa

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…