Rusiya qoşunları Ukraynanın dəniz limanı obyektlərinə və Ukrayna Silahlı Qüvvələrinə silah çatdıran gəmilərə dəqiq idarə olunan silahlarla qrup zərbələri endirir.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Nazirlik vurğulayıb ki, “Ukraynanın dəniz limanı obyektlərinə, eləcə də Zelenski rejiminə silah və hərbi texnika çatdıran müxtəlif gəmilərə qarşı yüksək effektivliklə dəqiq idarə olunan silahlarla qrup zərbələri endirilir”.







