Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kiyevin nəzarətində olan ərazidən 200 rus hərbçisi, Ukrayna Silahlı Qüvvələrinin isə 200 hərbi əsiri dəyişdirilib.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
“5 martda Kiyevin nəzarətində olan ərazidən 200 rus hərbçisi qaytarılıb. Ukrayna Silahlı Qüvvələrinin 200 hərbi əsiri dəyişdirilib”, – nazirlik bildirib.
Rusiya hərbçiləri hazırda Belarusdadır və orada lazımi psixoloji və tibbi yardım alırlar. Bütün rus hərbçiləri Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya Federasiyasına aparılacaq.
Mübadiləyə vasitəçilik edənlər ABŞ və Birləşmiş Ərəb Əmirlikləri olub.
E.ŞİRİNOV