Rusiyanın Gürcüstana atdığı “İsgəndər”: yeni təfərrüatlar var!

Oxunma sayı: 225

Uzun zaman sirr kimi qalmış bir faktın üstü axır ki açıldı. Belə ki, 2008-ci ilin avqust müharibəsinin mühüm dəlili — “İsgəndər” raketinin fraqmentləri hər hansı təhvil-təslim aktı və ya sənəd olmadan Gürcüstandan çıxarılıb. Tezadlar.az tezadlar.az xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib. O, hissələrin Gürcüstana geri qaytarılması üçün xüsusi səylərin göstərildiyini qeyd edib: “Bizim üçün Gürcüstanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədildiyini müəyyən etmək vacib idi. Ona görə də təəccüblüdür ki, bu mühüm dəlil hər hansı bir sənədləşmə aparılmadan Gürcüstandan çıxarılıb. Gürcüstanın avqustun 10-da hərbi əməliyyatları birtərəfli qaydada dayandırmasından sonra avqustun 12-də Qori şəhərinə “İsgəndər” raketi atılıb. Raketin parçaları olmasaydı, bunu sübut etmək çətin olardı”, – deyə spiker söyləyib. Ş.Papuaşvili bildirib ki, raketin qalıqlarının ABŞ-yə aparıldığı müəyyən edilib. Bu məsələ ötən gün Gürcüstan parlamentində yaradılmış 2003-2012-ci illərdə mövcud olan hakimiyyətin fəaliyyətinin araşdırılması üzrə müvəqqəti istintaq komissiyasının iclasında da müzakirə olunub. Toplantıda iştirak edən ədliyyə nazirinin müavini Beka Dzamaşvili bildirib ki, ilkin mərhələdə Gürcüstan tərəfində “İsgəndər” raketi ilə bağlı yalnız videokadrlar və fotoşəkillər olub və Rusiya tərəfi həmin materialların fotoşop olduğunu iddia etmişdi. Onun sözlərinə görə, məhkəmələrin qərarlarından öncə Ədliyyə Nazirliyinə raketin detallarını tapıb Gürcüstana gətirməsi üçün illər tələb olunub.

Qeyd edək ki, bu vaxta qədər “İsgəndər”in fraqmentlərinin 2018-ci ilin aprelində Gürcüstanda aşkarlandığı bildirilirdi. Nəhayət, bu sirrin və müəmmanın üstü açılmış oldu.

A.Məmmədli

Xəbəri paylaş

17 İyun