Əsas məzmuna keç

Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı artır

aef bdf fd eecdb

Rusiyanın hücumundan sonra Kiyevdə ölənlərin sayı 15-ə, yaralananların sayı isə 56-ya çatıb.

“Unian”ın məlumatına görə, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram” kanalında bildirib.

Hazırda 15 nəfərin həlak olduğu, 56 nəfərin isə yaralandığı təsdiqlənib.

Hadisə yerlərində işlər davam edir.

———-
Kiyevə kütləvi raket və dron zərbələri nəticəsində mülki insanlar arasında ölənlərin sayı 10 nəfərə çatıb, 46 nəfər isə yaralanıb.

Tezadlar.az bildirir ki,  bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram səhifəsində yazıb.

Kiyevin müxtəlif rayonlarında 20-ə yaxın ərazidə dağıntı qeydə alınıb.

Dağıntılar altında insanların qaldığı ehtimal edilir. Rəqəmlərin dəyişəcəyi istisna edilmir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…