Əsas məzmuna keç

Ryunosuke Sato “Valensiya”da

İspaniyanın “Valensiya” klubu yaponiyalı yarımmüdafiəçi Ryunosuke Sato ilə müqavilə imzalayıb.

Tezadlar.az xəbər verir ki, klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı oyunçu ilə müqavilənin müddəti 2031-ci ilə qədər nəzərdə tutulub.

O, “Tokio” klubunun akademiyasının yetirməsidir.

Futbolçu 2023-cü ildə, 16 yaşında əsas komandada debüt edərək klub tarixinə ən gənc futbolçu kimi düşüb. 2025-ci ilin iyununda isə Sato ilk dəfə Yaponiya yığmasında çıxış edib.

Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm icarə əsasında “Faciano Okayama” klubunda çıxış edib. O, bütün turnirlərdə 19 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…