14 May 2022 / 07:26

ƏRZAQ, İÇKİ VƏ TÜTÜNÜN İSTEHLAK QİYMƏTLƏRİ İNDEKSİNDƏ ARTIM OLUB

Bu ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 112,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 106,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, cari ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 faiz, ötən ilin aprel ayına nisbətən 113 faiz olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!