Əsas məzmuna keç

ŞƏMKİRDƏ MİNİK AVTOMOBİLİ AĞACA ÇIRPILIB, ÖLƏN VAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəmkir rayonunun Aşağı Seyfəli kəndində “VAZ” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən bildirilib ki, hadisə yerinə cəlb olunan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1962-ci il təvəllüdlü Qasımov Söhrab Bəşir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…