Əsas məzmuna keç

“Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub oldu

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Sabah” liqa mərhələsində ötən gün, Bakı vaxtı ilə saat 23:00- da ilk oyununa çıxıb. Tezadlar.az İTV- nin canlı efirinə istinadla xəbər verir ki, komanda səfərdə “Mançester Yunayted”lə üz-üzə gəlib. “Old Trafford”da baş tutan matçı fransalı Villi Delaju idarə edib. Tarixində ilk dəfə qitənin ən nüfuzlu futbol turnirində çıxış edən Valdas Dambrauskasın yetirmələri çətin səfərdə böyük hesabla məğlub olub.

UEFA Çempionlar Liqası
Əsas mərhələ, I tur

23:00. “Mançester Yunayted” – “Sabah” 4:0
Qollar: M. Kunya, 27, B. Fernandeş, 42, B. Şeşko, 45, L. Martinez 69
Baş hakim: Villi Delaju

“Mançester Yunayted”: Senne Lammens, Mateus Kunya, Leni Yoro, Lisandro Martines, Nussair Mazraui, Yuri Tilemans, Kobbi Meynu, Brayan Mbyomo, Brunu Fernandeş (k), Patrik Dorqu, Benyamin Şeşko

“Sabah”: Stas Pokatilov (K), Rəhman Daşdəmirov, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepiniça, Umarali Raxmonaliyev, Kristian Nvaçuvky, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.

Növbəti qarşılaşma isə Bakıda baş tutacaq.

Səbuhi

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…