Sabirabadda baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Tezadlar.azın məlumatına görə, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb. Avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, beş nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Sabirabadda yol qəzasında ölənlərin sayı 2-ə çatıb. Avtoqəza zamanı 1957-ci il təvəllüdlü Güdəcühür sakini Əliyev Rəhim Əlisa oğlu ilə yanaşı, onun nəvəsi 2019-cu il təvəllüdlü Əlizadə Nilay Rahib qızı da ölüb. Faktla bağlı araşdırma aparılır.
Sabirabaddakı avtoqəzada baba və nəvə öldü…






