Əsas məzmuna keç

SABLYA VƏ ŞPAQADA AZƏRBAYCAN ÇEMPİONLARI MÜƏYYƏNLƏŞİB

Azərbaycan Texniki Universitetinin İdman Sarayında qılıncoynatma üzrə Azərbaycan çempionatına start verilib.

Tezadlar.az xəbər verir ki, ilk iki gündə sablya və şpaqada şəxsi yarışlarda qaliblər müəyyənləşib.

Qalib və mükafatçılar gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Vasif Məmmədov tərəfindən diplom və medallarla təltif edilib.

Sablya

Kişilər

  1. Saleh Məmmədov
  2. Murad Əkbərov
  3. Rəsul Əliyev, Abbas Hüseynov.

Qadınlar

  1. Səbinə Kərimova
  2. Palina Kaspiaroviç
  3. Valentina Zeynalova, Zərifə Hüseynova.

Şpaqa

Kişilər

  1. Ruslan Həsənov
  2. Emin Səfərbəyov
  3. Oruc Misirzadə, Səid Əliyev.

Qadınlar

  1. Aynur Quliyeva
  2. Xədicə Həsənli
  3. Nəzrin Mehdiyeva, Nazilə Rəhimova

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…