Əsas məzmuna keç

Şabranda 52 yaşlı kişi öldü

elektrik tok vurma

Şabran rayonunda bədbəxt hadisə baş verib.

Tezadlar.az-ın məlumatına görə, hadisə rayonun Düzbilici kəndində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Arif Tahir oğlu Camayev iyulun 15-də yaşadığı evin yaxınlığında yerləşən artezian quyusunda quraşdırılmış su mühərrikini təmir edərkən elektrik cərəyanının təsirinə məruz qalıb.

Nəticədə 52 yaşlı kişi hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…