Ötən günlər Şabranda dövlət qurumları ilə birgə “Rəqəmsal İnkişaf Konsepsiyası”ndan irəli gələn məsələləri müzakirə etdik.
Tezadlar.az xəbər verir ki, bu barədə Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında bildirib.
O qeyd edib ki, “digital.leadership” proqramı çərçivəsində keçirilən bu növbəti tədbir də çox maraqlı olub.
“Sosial sektorda rəqəmsal məsələlərlə bağlı mənim moderatorluğumla keçən panel müzakirədə ƏƏSMN-in, Səhiyyə Nazirliyinin, ETN-in, həmçinin TƏBİB-in rəqəmsal transformasiyasında iştirak edən özəl qurumun maraqlı açıqlamaları oldu, mövcud çətinliklərə daha çox diqqət yetirildi.
Tibb xidmətlərinin rəqəmsallaşmasının daha da sürətlənməsi üçün gözləntilərin çox olması diqqətə çatdırıldı.
Rəqəmsal hökumət quruculuğu istiqamətində son zamanlarda xeyli irəliləyiş əldə olunub. İnanıram ki, digital.leadership platforması çərçivəsində baş tutuan əməkdaşlıq, aparılan müzakirələr və fikir mübadiləsi bu sahədə işlərin daha da irəliləməsinə kömək olacaq”, – deyə o vurğulayıb.
JASMİN