“Sağ ol” kəlməsi üstündə güllələndi

Amerikalı qadın qapını onun üçün tutan qadına təşəkkür etməkdən imtina edib

ABŞ-ın Dallas şəhərində bir qadın mağaza qarşısında “sağ ol” sözləri üstündə mübahisə etdikdən sonra güllələnərək öldürülüb.

Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə oktyabrın 7-də baş verib. 41 yaşlı Sesiliya Simpson “Five Below” mağazasından çıxarkən 22 yaşlı Keona Hamptonun qapısını tutub. Hempton qadına təşəkkür etməkdən imtina edib və bu, iki qadın arasında sözlü mübahisəyə səbəb olub. Simpson və qızı qonşu mağazaya gediblər və orada işçilərə Hemptonun onları təqib etdiyini bildiriblər.

Münaqişə mağazanın içərisində davam edib. İşçilər hər kəsdən ayrılmağı xahiş etsə də, gərginlik davam edib. Hemptonun dayanacaqda Simpsonun maşınına şüşə atdığı iddia edilir. Ana və qızı mübahisəni həll etməyə çalışsalar da, vəziyyət tez bir zamanda fiziki mübahisəyə çevrilib. Simpson Hemptondan getməsini tələb edərək onu bir neçə dəfə vurub.

Qadınlar dayanacağa çatanda dava davam edib. Şahidlərin sözlərinə görə, Hempton bir anda silahını çıxarıb və rəqibinə bir neçə dəfə atəş açıb.

Tezliklə hadisə yerinə polis gəlib və Simpson xəstəxanaya aparılıb və o, orada ölüb.

Bir neçə saatdan sonra şübhəli şəxs həbs edilib. Dindirmə zamanı o, Simpsonu özündən uzaqlaşdırmaq üçün silahla atəş açdığını bildirib.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti