1 Dekabr 2025 / 15:23

Şagird pul qarşılığında məktəb direktoruna yalan mesaj yazıb

Qazaxıstanda yeniyetmə məktəb direktoruna pul müqabilində yalan mesaj göndərib.

Tezadlar.az  Polisia.kz-a istinadən verdiyi məlumata görə, polis Astanadakı məktəblərdən birində yalan bomba təhdidləri ilə bağlı məsələni araşdırıb.

Məlumata görə,  məktəblərdən birinə partlayıcı qurğular olması barədə məlumatlar daxil olub: əvvəlcə robot səsli zəng vasitəsilə, iki gün sonra isə məktəb direktorunun şəxsi telefon nömrəsinə. Hər iki halda təcili yardım xidmətləri binanı boşaldıb və axtarış aparıb, lakin təhdidlər təsdiqlənməyib.

“Mesajların 8-ci sinif şagirdi tərəfindən verildiyi müəyyən edilib. Yeniyetmə sosial şəbəkədə ödənişli yalan məlumat göndərmək təklifi görüb, telefonuna giriş təmin edib və bununla da təhsil prosesini pozmağa cəhd edib.

Faktla bağlı cinayət işi açılıb və azyaşlının valideynləri valideynlik vəzifələrini lazımınca yerinə yetirmədiklərinə görə məsuliyyətə cəlb ediliblər. Şagird polisdə qeydiyyata alınıb”, – deyə məlumatda bildirilir.

Hüquq-mühafizə orqanları xatırladıb ki,  yerləşdirilmiş partlayıcı qurğu barədə bilərəkdən yalan məlumat vermək ciddi cinayət məsuliyyəti və maddi ziyanı ödəmək öhdəliyi yaradır.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!