Şagird davranış qaydalarına əsasən, şagirdlər tədris vaxtı telefon vasitələrindən istifadə edə bilməz. Tezadla.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Bağırov bildirib ki, yaxın günlərdə Şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqində nail olunacaq: “Həmin qaydalar əsasında şagirdlərin tədris zamanı telefonlardan istifadəsi yolverilməzdir”.
Bəli, şagird məktəbdə dərsləri ilə məşğul olmalıdır, telefondakı vatsapla, TikTok-la yox! Hələ başqa baxılmamalı saytları demirik…
Elçin







