Əsas məzmuna keç

SAHİBKARLARLA GÖRÜŞ KEÇİRİLİB

Tovuz Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a bildirilib ki, görüş gömrük-biznes əlaqələrinin daha da gücləndirilməsi, idxal-ixrac əməliyyatları zamanı sahibkarların qarşılaşdıqları məsələlərin öyrənilməsi və operativ şəkildə həll edilməsi, onların gömrük sistemində həyata keçirlən yeniliklər barədə məlumatlandırılması məqsədilə təşkil ounub.

Biznes subyektlərinə gömrük sistemində həyata keçirilən yeniliklər, xüsusilə rəqəmsallaşmanın genişləndiriməsi, vətəndaş-məmur təmasının minimuma endirilməsi, məmnunluğun artırılması, əməliyyatların asan və sürətli şəkildə həyata keçirilməsi istiqamətində reallaşdırılan təkmilləşdirilmələr barədə məlumat verilib.

Sonda biznes subyektlərinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…