14 İyul 2026 / 12:38

Şakira: «Qadınlar daha ağlamır” – Araşdırma

…Şakira İsaabel Mebarek Ripoll 1977-ci il fevralın 2-də Kolumbiyanın Barrankilya şəhərində anadan olub. Şakiranın atası Vilhelm (William Mebarak Chadid) Livan əsillidir, anası isə Kolumbiya vətəndaşı Karmen Ripoll Torrado’dur. Uşaqlıqda atası Livan əsilli musiqiçi idi və ailəsi onun kariyerasına dəstək verirdi. Şakiranın bir qardaşı – Tonino Mebarak isə məşqçi işləyir.

Milliyətindən göründüyü kimi, Şakira Livan əsilli, Kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisadır. O, təkcə Kolumbiyanın deyil, bütün Latın Amerikasının musiqi sənayesində ən parlaq simalarından biridir.

Şakiranın həyat və yaradıcılığı

 Şakiranın atası livanlı, anası isə kolumbiyalıdır. Onun musiqiyə marağı kiçik yaşlarından yaranmağa başlamışdı. O, altı yaşında olarkən ilk mahnısını bəstələmiş, səkkiz yaşında isə ilk şeirini yazmışdır. Gənc yaşlarında müxtəlif musiqi festivallarında iştirak edən və bir neçə müsabiqədə qalib gələn Şakira, 13 yaşında ilk studiya albomu olan “Magia”nı çıxarmışdı.

Bu albom ona kommersiya baxımından böyük uğur qazandırmasa da, gələcəkdəki musiqi kariyerasının bünövrəsini qoymaqda böyük rol oynamışdı. Lakin Şakira bütün bunlara baxmayaraq ruhdan düşməmiş, əksinə “Peligro” albomunu da çıxarmışdı.

Şakiranın əsl yüksəlişi və məşhurluğu 1995-ci ildə çıxan “Pies Descalzos” (Çılpaq Ayaqlar) albomu ilə başladı. Bu albomda yer alan “Estoy Aquí” mahnısı Latın Amerikası və İspaniyada onun tanınmasında əsas rol oynadı.

Şakira pop, latın pop, pop rock, latın rock kimi musiqi janrlarının ən vacib şəxslərindən biri hesab olunur. Belə ki, onun müxtəlif musiqi janrlarını birləşdirən üslubu, özünəməxsus səs tembri, mükəmməl rəqs qabiliyyəti, o cümlədən yarı ərəb, yarı latın mili rəqsləri ilə göstərdiyi səhnə performansı ilə qısa zamanda bütün dünyanın diqqətini özünə cəlb etməsinə səbəb olmuşdur. Məhz bu səbəbdən o, həm Latın, həm də beynəlxalq musiqi aləmində yenilikçi, fərqli və enerjili obrazı ilə seçilir.

Şakiranın Qlobal ulduza çevrilməsi

Şakiranın 2001-ci ildə ingilis dilində çıxardığı “Laundry Service” adlı albomu onu Qlobal ulduza çevirmiş, albomda yer alan “Whenever, Wherever”, “Underneath Your Clothes” kimi hit mahnıları isə dünyanın müxtəlif ölkələrində musiqi siyahılarını fəth etmişdi. Bununla da o, dünya pop musiqisinin əsas fiqurlarından birinə çevrilmişdi.

Şakiranın fərqli musiqi tərzi, Latın və Şərq musiqisinin birləşdirdiyi ritmləri, cəsarətli səhnə geyimləri və oriental rəqs elementləri ilə səhnədə həmişə seçilmişdir. Onun repertuarında pop, rok, Latın, tanqo, merengue və hətta folklor üslubunda mahnılar var. Şakira həm də öz bəstələrinin və musiqi kliplərinin əksəriyyətinin müəllifidir. Ümumiyyətlə desək, o, 70 milyondan çox albom satışına imza atıb.

Şakiranın ecazkar səhnə ifaçılığı

Bildiyimiz kimi Şakira yalnız vokal bacarıqları ilə deyil, həm də möhtəşəm səhnə performansları və rəqs şouları ilə tanınır. O, dünya səviyyəsində minlərlə insanın qarşısında canlı konsertlər vermiş, müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən Dünya Çempionatlarının açılış və bağlanış mərasimlərində çıxış etmişdir. Xüsusilə 2010-cu il Futbol üzrə Dünya Çempionatının rəsmi himni olan “Waka Waka (This Time for Africa)” onun ən böyük uğurlarından biridir və bu mahnı dünya miqyasında 3 milyarddan çox dinlənilib. Shakira Amerika, Avstraliya və İngiltərədə ən çox yüksələn Cənubi Amerikalı müğənnidir.

Şakiranın qazandığı mükafatlar

Şakira uzun və uğurlu karyerası ərzində bir çox beynəlxalq mükafatlara layiq görülüb. Belə ki, onun 3 “Grammy”, 12 “Latin Grammy”, “MTV Music Awards”, “Billboard Music Awards” və digər nüfuzlu mükafatları var. Onun diskləri 80 milyondan çox satılıb, musiqi klipləri isə on milyonlarla baxış toplayıb. Hətta o, “Forbes” jurnalının “ən nüfuzlu qadınlar” siyahısına dəfələrlə daxil edilib.

Şakiranın adı Ginnesin Rekordlar kitabında

Kolumbiyalı superulduz bütün zamanların ən çox gəlir qazanan Latın Amerikası sənətçisi kimi rekord qırıb. Belə ki, onun “Las Mujeres Ya No Lloran” (“Qadınlar artıq ağlamır”) adlı dünya turnesi 2025-ci ilin fevral ayında başlayaraq 2026-cı ilə qədər davam edib. O, bu müddət ərzində 3,3 milyon bilet satmaqla 86 konsert vermiş və 421 milyon dollar pul qazanc əldə etmişdir.

Xeyriyyəçilik fəaliyyəti

Şakira yalnız musiqiçi kimi deyil, həm də xeyriyyəçi və ictimai xadim kimi tanınır. O, Kolumbiyada yoxsul uşaqların təhsili və rifahı üçün “Pies Descalzos” Fondunu təsis edib. Şakiranın xeyriyyəçilik fəaliyyətləri təkcə Kolumbiyada deyil, bütün Latın Amerikası ölkələrində yüksək qiymətləndirilir.

Şakira həmçinin 2003-cü ildən UNICEF-in Yaxşı Niyyətli Səfiri olaraq az inkişaf etmiş ölkələrdə uşaqların hüquqlarını müdafiə edir. O, bu fəaliyyətinə və 2017-ci ildə Davos Dünya İqtisadi Forumunda xeyriyyə işlərinə verdiyi töhfəyə görə Kristal Mükafatı ilə təltif olunub. Onun mədəniyyətlərarası körpü rolunu oynayan fəaliyyəti bütün dünyada təqdir olunur.

Şakira təhsilə diqqət göstərən beynəlxalq layihələrin də iştirakçısıdır. Məsələn, o, keçmiş Böyük Britaniya naziri Qordon Braunın qlobal təhsil komissiyasının üzvü olub və BMT Forumlarında çıxışlar edərək bütün uşaqlar üçün təhsilin vacibliyini vurğulayıb. Onun xeyriyyə fəaliyyəti uşaqlara verdiyi dəstək və onlara şəxsən müəllimlik etməsi ilə seçilir.

Şakiranın şəxsi həyatı

Şakiranın şəxsi həyatı tez-tez medianın diqqətində olub. Belə ki, o, 2000–2010-cu illərdə Argentina prezidenti Fernando de la Ruanın oğlu Antonio de la Rua ilə uzun müddətə sevgi münasibətində olub, 2001-ci ildə nişanlanıb. Lakin bu münasibət sonda bitdi.

2010-cu ildə isə o, ispaniyalı futbolçu Gerard Piqui ilə tanış olmuş və 2011–2022-ci illər ərzində cütlük kimi yaşamışdı. Bu münasibətdən 2013-cü ildə Milan, 2015-ci ildə isə Saşa adlı iki oğlu dünyaya gəlib. 2022-ci ilin yayında Piquinin xəyanəti cütlüyün ayrlmasına səbəb olmuşdur.

Şakira bir neçə dil bilir: ispan, ingilis, portuqal və bir qədər də ərəb və italyan dillərini başa düşür.

Şakira sağlam həyat tərzinə önəm verir. O, həmişə idmana vaxt ayırır, enerjili performansları ilə seçilir. Onun bürcü Balıqlar hesab olunur və bu, yaradıcılığında empatiya və duyğusallıq kimi keyfiyyətlərlə özünü göstərir.

Şakira, həmçinin kolumbiyalı ən zəngin sənətçilərdən biridir – müxtəlif mənbələrə görə sərvəti on milyonlarla dollardır.

Hazırladı: RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!