Əsas məzmuna keç

ŞAMİL AYRIM VƏ DİGƏR TBMM NÜMAYƏNDƏLƏRİ “TÜRK ŞƏHİDLİYİ”Nİ ZİYARƏT EDİB

Ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi

nümayəndə heyəti və Türkiyə səfirliyinin əməkdaşları fevralın 6-da Şəhidlər xiyabanında “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

TEZADLAR.AZ xəbər verir ki, nümayəndə heyətinin üzvləri Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən qəhrəman və fədakar türk əsgərlərinin xatirəsini anıb, abidənin üzərinə gül dəstələri qoyublar.

Sonda Şamil Ayrım “Türk şəhidliyi” abidəsinin xatirə kitabını imzalayıb.

Azərtac

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…