Dünən günorta saatlarında “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın tam məhdudlaşdırılıb. Bu barədə tezadlar.az-a FHN-dən bildirilib. Məlumatda bildirilir ki, bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri hələ də dvam etdirilir.
Hazırda mütəxəssislər yanğının nədən baş verməsini araşdırır və dəymiş ziyanın həcmi müəyyənləşdirilir.
A.Məmmədli







