“Sədərək”dəki yanğınla bağlı cinayət işi başlanıldı

“Sədərək” Ticarət Mərkəzi ərazisində yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb. Tezadlar.az FHN-ə istinadla bildirir ki, fakt üzrə başlanılmış cinayət işi Fövqəladə Hallar Nazirliyinin İstintaq və Əməliyyat İdarəsində Cinayət Məcəlləsinin 225.1-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə açılıb.

Əlavə məlumat veriləcək. Tezadlar.az-ın əldə etdiyi məlumata görə, Baş Prokurorluğun kriminalistləri yanğın baş verən ərazidə olublar.

İlkin məlumata görə yanğının qəsdən tərədilməsi ehtimalı da var. Bu barədə hadisə şahidləri də əməkdaşımıza bildiriblər.

 

Xəbəri paylaş

Xəbər lenti