Fransanın 2027-ci il büdcəsində şəkərli qidalara yeni vergi tətbiq edilməsi nəzərdən keçirilir.
Tezadlar.az xəbər verir ki, Fransanın 2027-ci il büdcəsi üzərində qanunvericilik işləri davam edərkən, şəkərli qidalara yeni vergi tətbiq edilməsinin müzakirə olunan mövzular arasında olduğu bildirilir.
Kiçik və Orta Müəssisələr (KOM), Ticarət, Sənətkarlıq, Turizm və Alıcılıq Gücü naziri Serj Papin LCI kanalında yayımlanan bir proqramda 2027-ci illə bağlı büdcə məsələlərinə toxunub.
Nazir Papin diabet və piylənmənin fransızlar arasında ciddi sağlamlıq problemlərinə çevrildiyini bildirərək, xüsusilə azyaşlı uşaqlar arasında həddindən artıq şəkər istehlakına diqqət çəkib.
Bu sağlamlıq problemi ilə mübarizənin bir hissəsi olaraq, nazir Papin 2027-ci il büdcəsi üçün şəkər miqdarı müəyyən səviyyədən yuxarı olan emal olunmuş qidalara yeni vergi tətbiq edilməsinin gündəmdə olduğunu bildirib.
“Les Echos” qəzeti hökumətin 2027-ci il sosial təminat büdcəsi layihəsi ilə bağlı bəzi məlumatlar və rəqəmlər dərc edib və bu da hökuməti büdcə rəqəmlərinin mətbuata sızması ilə bağlı araşdırma aparmağa vadar edib.
Hökumətin sabah 2027-ci il büdcə layihəsini Milli Assambleyaya təqdim etməsi gözlənilir.
Dövlət borcu ilə mübarizə aparan Fransada büdcə danışıqları hökumətlə müxalifət arasında əsas fikir ayrılıqlarından biridir.
ELBAR







