Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Serbiya və Rumıniya arasında “Cerdap 3” Su Elektrik Stansiyası üzrə Anlaşma Memorandumu imzalanıb.
Tezadlar.az xəbər verir ki, Serbiyanın Mədən və Energetika Nazirliyindən Balkan bürosuna verilən məlumata görə, sənədi Buxarestdə mədən və energetika naziri Dubravka Cedoviç Handanoviç ilə Rumıniyanın Baş naziri İlie Bolojan imzalayıb.
“Cerdap 3″ Serbiyanın inkişaf etdirdiyi ən böyük enerji layihəsidir və bütün Avropanın ən böyük enerji stansiyası olmaq potensialına malikdir. Bu layihə Serbiyaya çoxsaylı faydalar gətirəcək, elektrik enerjisinin böyük həcmdə saxlanılması, balanslaşdırılması və daha təmiz enerji mənbələrinin inteqrasiyası üçün əlverişli mövqe, eləcə də enerji şəbəkəmizin sabitliyi təmin olunacaq”, – deyə Handanoviç bildirib.
Nazir bildirib ki, Serbiya bu il ərazi-planlaşdırma sənədlərinin, eləcə də layihə-texniki sənədlərin bir hissəsinin hazırlanmasına başlayır.