Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin populyar gənc aktyorları Aytaç Şaşmaz və Helin Kandemir haqqında yayılan eşq iddiaları maqazin gündəmini silkələyib.
Tezadlar.az xəbər verir ki, Türkiyənin “Star TV” kanalında yayımlanan “Sevdiyim Sənsən” serialında baş rolları bölüşən Aytaç Şaşmaz və Helin Kandemir barədə yeni iddia ortaya atılıb. Serialda bir-birinə aşiq olan obrazları canlandıran cütlüyün münasibətlərinin çəkiliş meydançasından kənara daşındığı bildirilir.
Məlumata görə, çəkilişlər zamanı yaranan səmimi dostluq zamanla romantik münasibətə çevrilib. Ekrandakı harmoniyaları ilə diqqət çəkən aktyorların real həyatda da bir yerdə olduqları vurğulanır.
Yeni başlayan münasibətlərini mətbuatdan və ictimaiyyətdən uzaq tutmağa çalışan cütlük, hələlik bu barədə rəsmi açıqlama verməyib. İddialara görə, Şaşmaz və Kandemir çəkiliş meydançasından kənarda bir yerdə görünməməyə və diqqət çəkməməyə xüsusi səy göstərirlər.
Qeyd edək ki, hər iki gənc aktyor son dövrlərin ən çox bəyənilən və izlənilən simalarından hesab olunur. Onların fanatları isə sosial mediada artıq bu xəbəri böyük sevinclə qarşılayıblar.
Səbinə Bağırova