Əsas məzmuna keç

Seutada vəziyyət nəzarət altına alındı

Maqnus Brunner x

Avropa İttifaqı (Aİ) ölkələrinin daxili işlər nazirləri Seutadakı miqrasiya böhranından sonra İspaniya ilə tam həmrəyliklərini ifadə ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə Aİ-nin daxili işlər nazirlərinin təcili videokonfransının yekunlarına əsasən daxili işlər və miqrasiya üzrə Avropa komissarı Maqnus Brunner deyib.

O qeyd edib ki, İspaniya hökumətinin məlumatına görə, ölkənin Şimali Afrikadakı anklavı olan Seutada vəziyyət nəzarət altındadır.

M.Brunner sözlərinə görə, Avropa Komissiyası artıq İspaniyaya maliyyə və operativ yardım göstərib: “Seutada “Frontex” agentliyinin 30-dan çox əməkdaşı işləyir. Vəziyyəti yenidən nəzarət altına almaq mümkün oldu. Bu, təsadüfən baş vermədi – bu, bizim birgə hərəkət etməyimizin nəticəsidir”, – komissar bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın