Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, bu gün Azərbaycanın Əməkdar artisti, tanınmış aktyor Rafael İsgəndərov bu gün doğum gününü qeyd edir.
Yaratdığı rəngarəng obrazlar və səmimiyyəti ilə milyonların rəğbətini qazanan sənətkar özəl günü ilə bağlı rəsmi İnstaqram hesabında video müraciət paylaşıb. Videoda sevinci və təəssüratları ilə bölüşən aktyor izləyicilərinə xoş arzularını çatdırıb.
İzləyicilərdən sevgi seli
Paylaşım qısa müddət ərzində minlərlə bəyənmə və yüzlərlə şərh toplayıb. Sənət dostları, tanınmış simalar və çoxsaylı pərəstişkarları aktyoru təbrik edərək, ona cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıblar. Şərhlərdə aktyorun sənətinə olan sonsuz sevgi və hörmət bir daha özünü büruzə verib.
“Hamıya təşəkkür edirəm. Var olasız. ALLAH sizlərədə can sağlığı versin. Amin” – deyə sənətkar ünvanına gələn sevgi dolu mesajlara görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Rafael İsgəndərov uzun illərdir peşəkar səhnə fəaliyyəti ilə Azərbaycan mədəniyyətinə və incəsənətinə öz töhfələrini verməkdədir.
Səbinə Bağırova
Video üçün linkə keçid edə bilərsiz: