Sibiqa: Ukrayna atəşkəsi müzakirə etmək üçün komanda yaratmağa hazırdır

Kiyev mümkün atəşkəsi müzakirə etmək üçün danışıqlar qrupu yaratmağa hazırdır.

Bunu polşalı həmkarı Radoslav Sikorski ilə görüşdən sonra Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa deyib.

“Biz öz tərəfimizdən atəşkəs üçün yol xəritəsi hazırlayacaq müvafiq komanda yaratmağa hazırıq”, – Sibiqa jurnalistlərə deyib.

Tezadlar.az xəbər verir ki, yayım “TVP İnfo” tərəfindən aparılıb.

Xəbər verdiyimiz kimi, martın 11-də Ciddədə (Səudiyyə Ərəbistanı) ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Danışıqlar təxminən doqquz saat yarım davam edib. Danışıqlardan sonra Vladimir Zelenskinin internet saytında tərəflərin birgə bəyanatı dərc edilib, ona görə Ukrayna ABŞ-ın 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır və Vaşinqton dərhal kəşfiyyat məlumatlarının verilməsində fasiləni aradan qaldıracaq və Kiyevə yardımı bərpa edəcək. Tərəflər həmçinin yerin təki sərvətlərinə dair müqavilənin mümkün qədər tez bağlanması barədə razılığa gəliblər.

Görüşdə Ukrayna tərəfdən Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov, ABŞ tərəfdən isə dövlət katibi Marko Rubio və ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Vals iştirak edib. Danışıqlardan sonra Yermak təmasların davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Ukraynada nizamlanma qısa “nəfəs məkanı”na deyil, uzunmüddətli sülhə gətirib çıxarmalıdır.

ELBAR

Xəbəri paylaş

18 Mart