28 Aprel 2026 / 18:59

Sığorta bazarında yığımlar ötən illə müqayisədə 4,7% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda sığorta şirkətinin yığımlarının həcmi 417 milyon 753 min manat olub.

Tezadlar.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 218 milyon 456 min manat təşkil edib. Bu göstərici isə illik müqayisədə 33,1% çoxdur./Apa

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!