Birləşmiş Ərəb Əmirlikləri və İrandan gəmi ilə aksiz markası olmayan 5 milyon yarımlıq siqaret gətirərək dəniz limanından qaçaqmalçılıq yolu ilə ölkəyə keçirməkdə ittiham olunan 10 nəfərin məhkəməsi başlayıb. Tezadlar.az xatırladır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılanlar arasında “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov və başqaları var. Onlardan altı nəfər həbsdədir, qalan dördü haqqında da istintaq və məhkəmə dövrü üçün alternativ qətimkan tədbiri seçilib.
İyulun 1-də məhkəmənin ilk iclasında həbsdə olanların vəkilləri onların hökm çıxarılanadək ev dustaqlığına buraxılmasını istəyiblər. Bununla bağlı vəsatət qaldıran müdafiəçilər deyiblər ki, məhkəmə gedən dövrdə onları həbsdə saxlamağa əsas yoxdur.
Məhkəmə davam edir…