Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Belə də olur: oğurlayanda düşünmür, amma oğurluğa görə həbs ediləndə düşünməyə başlayır… Belə ki, turizm şirkətindən 20 min manat oğurlamaqda şübhəli bilinən Ş.Hüseynov tutulub. Tezadlar.az xatırladır ki, Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb. Məlum olur ki, naməlum şəxs axşam saatlarında rayon ərazisində yerləşən turizm şirkətlərinin birindən 20 min manat oğurlayıb. Bu barədə zərərçəkən tərəf polisə məlumat verib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ş.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun daha bir vətəndaşa məxsus mağazadan 620 manat oğurladığı da məlum olub. Digər tədbirlər zamanı isə rayon ərazisində yerləşən özəl klinikaların birindən 540 manat oğurlamaqda şübhəli bilinən Ş.Həsənov da tutulub. Araşdırmalar davam etdirilir.
Beləliklə, şirkətdən 20 min manat oğurladı, amma uzaq gedə bilmədi…
Rövşanə