Əsas məzmuna keç

SKANDİNAVİYA ÖLKƏLƏRİ RUS İDMANÇILARININ YARIŞLARA QAYITMASINA QARŞI ÇIXDILAR

Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakı qadağan edilməlidir.

Tezadlar.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Olimpiya və Paralimpiya komitələrinin, həmçinin Şimali Avropa ölkələrinin – İsveç, Norveç, İslandiya, Danimarka, Qrenlandiya və Farer adaları, Finlandiya, o cümlədən Aland adaları ilə birlikdə idman konfederasiyalarının yaydığı bəyanatda deyilir.

Bəyanatda deyilir: “Ukraynadakı müharibə ilə bağlı vəziyyət dəyişməyib. Ona görə də biz öz mövqeyimizdə qətiyyətlə dayanırıq: Rusiya və Belarus idmançılarının və rəsmilərinin beynəlxalq idman yarışlarında iştirakına imkan verməmək. İndi düşünmək vaxtı deyil. Onların qayıtması ilə bağlı bizim mövqeyimiz belədir”.

Sənəddə həmçinin qeyd olunur ki, Nordic idman təşkilatları “vəziyyəti qiymətləndirmək və yaxından izləmək üçün maraqlı tərəflərlə birlikdə və sıx dialoqda işləyəcəklər”.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…