Əsas məzmuna keç

Rusiyanın “Slavneft-YANOS” neft emalı zavoduna da Ukrayna dronları od vurdu…

rusiya zavodu partladıldı dron

Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Yaroslavl vilayətində yerləşən “Slavneft-YANOS” neft emalı zavoduna zərbə endirib.

 Tezadlar.az  xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev məlumat verib.

Qubernator pilotsuz uçuş aparatlarının hücumunu təsdiqləyərək, müəssisənin yerləşdiyi ərazidə hərəkətin müvəqqəti məhdudlaşdırıldığını bildirib.

Yerli mənbələrin məlumatına görə, hücumdan sonra neft emalı zavodunun ərazisində yanğın müşahidə olunub.

Qeyd edək ki, “Slavneft-YANOS” Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir. Zavod ildə təxminən 15 milyon ton neft emal etmək gücünə malikdir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın