Əsas məzmuna keç

ŞOLTS: ALMANİYA QAZA QƏNAƏT PLANINI ARTIQLAMASI İLƏ YERİNƏ YETİRİB

Almaniya qış başlamazdan əvvəl enerji sektorunda üzləşdiyi çətinliklərin öhdəsindən gəldi.

Tezadlar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts Berlində iqtisadi konfransda çıxışı zamanı deyib.

“Qısa müddət ərzində biz Rusiyadan kömür, qaz və neftdən müstəqil olduq”, – o deyib. Onun sözlərinə görə, ötən ilin payızında proqnozlaşdırılan mənfi ssenarilərin heç biri baş tutmayıb.

“Biz qarşıya qoyduğumuz məqsədləri qismən aşmışıq”, – kansler əlavə edib.

“İlkin olaraq Almaniya Nazirlər Kabineti qışın sonuna kimi yeraltı qaz anbarlarının 40% dolu olacağına inanırdı, amma reallıqda doluluq səviyyəsi 70% təşkil edir”, – Şolts xatırladıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…