Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Avqust 2026 / 13:13

SON DƏQİQƏ: İraq mediası: İranın pilotsuz təyyarələri Bərzaninin ofisini hədəfə alıb

İrana məxsus olduğu iddia edilən iki kamikaze pilotsuz təyyarəsinin KRH Baş naziri Məsrur Bərzaninin şəxsi ofisinə və kəşfiyyat rəisinin Ərbildəki iqamətgahına hücum etdiyi bildirilib. Hücumda itki olmayıb.

Tezadlar.az xəbər verir ki, İraq mətbuatındakı son məlumatlara görə, iki İran kamikaze pilotsuz təyyarəsi Kürdüstan Regional Hökumətinin (KRH) Baş naziri Məsrur Bərzaninin şəxsi ofisini və kəşfiyyat rəisinin iqamətgahını hədəfə alıb.

Hadisədə itki barədə məlumat verilməyib.

KRH Terrorla Mübarizə Bölməsinin yazılı açıqlamasında hücumun saat 00:28-də Ərbilin Səlahəddin rayonunda baş verdiyi bildirilib.

Məlumatda bombalarla yüklənmiş iki Hadid-110 tipli dronun Baş nazirin şəxsi ofisini və kəşfiyyat rəisinin iqamətgahını hədəf aldığı bildirilib.

Hücumda heç kimin ölmədiyi qeyd edilən məlumatda deyilir: “Bu hücumu və təcavüzü şiddətlə qınayırıq. Bu, tamamilə qəbuledilməzdir. Bütün məsuliyyət və nəticələr hücumu həyata keçirənlərin üzərinə düşür.”

Kürdüstan Regional Hökumətinin (KRH) Baş naziri Məsrur Bərzani də X platforma hesabında verdiyi açıqlamada hücumu qınayıb.

Bərzani hücumun təhlükəli bir eskalasiya olduğunu və bölgənin təhlükəsizliyinə və sabitliyinə birbaşa təhdid təşkil etdiyini bildirib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!