Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyul 2026 / 07:40

SORĞU: Amerikalıların 49%-i Netanyahunun ABŞ-da həbs olunmasını düşünür

ABŞ-da keçirilən sorğuda iştirakçıların 49%-i Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) həbs orderi olan İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-da həbs olunmasının vacibliyinə inandıqlarını bildirib.

Tezadlar.az xəbər verir ki, The Economist və YouGov tərəfindən 25-27 iyul tarixləri arasında keçirilən sorğuda 18 yaşdan yuxarı 1559 iştirakçıdan “ICC-nin Netanyahuya qarşı həbs orderi var. Netanyahu ABŞ-da həbs olunmalıdırmı?” sualı verilib.

İştirakçıların 49%-i Netanyahunun ABŞ-da həbs olunmalı olduğunu bildirərək “Bəli” cavabını verib, 27%-i isə “Xeyr” cavabını verib. 23%-i isə qərarsız qalıb.

“Sizcə İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada müharibə cinayətkarıdır?” sualına iştirakçıların 47%-i “Bəli” cavabını verib, 24%-i isə “Xeyr” cavabını verib. İştirakçıların 29%-i isə “qərarsız” olduqlarını bildirib.

Digər tərəfdən, iştirakçıların 43%-i Fələstində soyqırımın baş verdiyinə inandıqlarını bildirib, 24%-i isə bunun baş vermədiyini iddia edib, 32%-i isə “neytral” qalıb.

Nyu-York meri “Netanyahunun yeri Haaqadır” deyib

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) 21 noyabr 2024-cü ildə İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant üçün Qəzzada törədilən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə həbs qərarı verib.

Nyu-York şəhər meri Zöhran Mamdani 18 iyulda bildirib ki, Netanyahu sentyabr ayında BMT Baş Assambleyasının iclasları üçün Nyu-Yorka gedəcəyi təqdirdə BCM-in həbs qərarını icra edib-etməyəcəkləri ilə bağlı “Biz Nyu-York şəhər qanunları ilə bizə verilən səlahiyyətlər çərçivəsində hərəkət edəcəyik, lakin bu məqsədlə öz qanunlarımızı yazmayacağıq” deyib.

Mamdani həmçinin qeyd edib ki, “İnanıram ki, Netanyahunun yeri Haaqadır. O, BCM tərəfindən ittiham olunan müharibə cinayətkarıdır”.

Bu sözlərə cavab olaraq Netanyahu Mamdanini “Yaxın Şərqdə yeganə demokratiya olan yəhudi dövlətinin liderinə hücum etməkdə” günahlandırıb və Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ və İsrail vətəndaşları üzərində heç bir yurisdiksiyası olmadığını iddia edib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!