“Sanator-Kurort Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən 24 fevral 2025-ci il tarixində saat 13:27-də elan edilmiş və içməli suyun satın alınması məqsədi daşıyan tender müsabiqəsi nəzarət orqanının qərarı ilə ləğv edilib.
TEZADLAR.AZ xəbər verir ki, ləğv olunan tender çərçivəsində 19 litrlik polikarbonat qablaşdırılmış içməli sudan 23.100 ədəd satın alınması planlaşdırılırdı. Ehtimal olunan satınalma məbləği 51.051,00 AZN təşkil edirdi.
Qeyd edək ki, tenderin ləğv olunma səbəbi rəsmi olaraq nəzarət orqanının qərarı ilə izah edilib, tam detallar açıqlanmayıb.
fed.az







