Sükan arxasında yorğun və yuxusuz oturmaq ən təhlükəli vərdişlərdən biridir. Bir anlıq yuxulama, diqqətin zəifləməsi və gec refleks – neçə-neçə ağır qəzaların əsas səbəbidir. DİN-nin Mətbuat Xidmətinin sürücülərə bu tövsiyyəsi çox yerinə düşür. Tezadlar.az xatırladır ki, BDYPİ-nin növbəti tədbirləri zamanı sürücülərlə maarifləndirici söhbətlər aparılıb, xüsusilə yük və sərnişindaşıma ilə məşğul olanlara iş və istirahət rejiminə ciddi əməl etməyin vacibliyi bir daha çatdırılıb. Məsləhət: ” Unutmayın:
• 2–3 saat fasiləsiz hərəkət təhlükəlidir.
• Qısa dayanıb dincəlmək həyat qurtarır.
• Yorğun sürücü təkcə özünü deyil, hər kəs üçün risklidir.
Yorğun halda sükan arxasına keçməyin”.
Elşad