Əsas məzmuna keç

Şuşada diplomatlara tarixi qala təqdim olundu

Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan diplomatik korpus nümayəndələri Şuşada qala divarlarını ziyarət ediblər.

Tezadlar.az xəbər verir ki, Diplomatlar qalanın tarixi, onun memarlıq xüsusiyyətləri, eləcə də Şuşa şəhərinin tarixindəki əhəmiyyəti barədə məlumatlandırılıblar.

Səfər çərçivəsində iştirakçılar həmçinin şəhərin tarixi qala divarlarının yanında xatirə fotoşəkli çəkdiriblər.

Qeyd edək ki, Şuşa qalası 1750–1752-ci illərdə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən inşa edilib. Qalanın üç əsas girişi olub – Gəncə, İrəvan və Ağoğlan qapıları. Onların adları tarixi mənbələrdə dəfələrlə qeyd olunub və XIX əsrdə hazırlanmış Şuşanın Baş planlarında göstərilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…